"Real" məşqləri bərpa edəcək

 20:38 24.04.2020     713

"Real" tezliklə məşqlərə başlaya bilər.

Redaktor.az xəbər verir ki, "Real" mayın 4-də məşqləri bərpa etməyi planlaşdırır. Çalışmalar komandanın Valdebebasdakı bazasında keçiriləcək.

Madrid klubu xüsusi tədbirlər planı hazırlayıb. Bütün oyunçuların koronavirus testindən keçəcəyi, məşqdən sonra isə təması minimuma endirmək üçün onlardan dərhal bazanı tərk etmələri istəniləcəyi bildirilir.

Qeyd edək ki, "Real"ın basketbol komandasının üzvü Trey Tompkinsdə koronavirus aşkarlandıqdan sonra Valdebebasdakı baza bağlanmışdı. //Fanat.az

Vumart və Güvən reklamı Vumart Güvən