"Barselona" La Liqadan imtina edir

 10:50 27.04.2020     436

"Barselona" koronavirus pandemiyası səbəbindən futbolçuları oynamağa məcbur etməyəcək.

Redaktor.az saytının məlumatına görə, Kataloniya klubu virusa yoluxmayacağına əmin olmayacağı müddətdə La Liqa matçlarına çıxmaya bilər.

Klubun tibbi heyətinin fikrincə, ölkədə koronavirus infeksiyası riski hələ də böyükdür. Bu üzdən ölkənin səhiyyə təşkilatı təhlükənin tam keçdiyini açıqlayana qədər "Barsa" hətta oyunlarda iştirakdan imtina etməyi düşünür. Ancaq La Liqa prezidenti Xavyer Tebas çempionat bərpa olunduqdan sonra meydana çıxmaqdan imtina edəcək komandalara texniki məğlubiyyət veriləcəyini açıqlayıb.

Qeyd edək ki, hazırda "Barselona" La Liqaya başçılıq edir. //APA