Maradonanın forması 55 min avroya satılıb

 15:16 27.04.2020     1419

İtaliyada koronavirusla mübarizəyə dəstək məqsədiylə keçirilən yardım aksiyasında əfsanəvi futbolçu Dieqo Maradonanın forması hərraca çıxarılıb.

Redaktor.az xəbər verir ki, Maradonanın Argentina millisində geyindiyi forma 55 min avroya satılıb. Bu pul koronavirusa yoluxanlara yardım etmək üçün istifadə olunacaq.

Maradonanın forması “Napoli”də oynayarkən komanda yoldaşı olan Çiro Ferrara tərəfindən hərraca qoyulub. //Qol.az

Vumart və Güvən reklamı Vumart Güvən