Bundesliqanın bərpası uzana bilər - AÇIQLAMA

 13:39 29.04.2020     773

Almaniya bundesliqasının bərpası tarixi uzadıla bilər.

Redaktor.az-ın məlumatına görə, ölkədə karantin rejimi bir qədər yumşaldıqdan sonra koronavirusa yoluxanların sayında yenidən artım müşahidə edilir. Ona görə də hökumət karantini bir daha sərtləşdirə bilər. Bu səbəbdən 9 mayda bərpası nəzərtə tutulan oyunların bir həftə gec - mayın 16-da davam etdirilməsi məsələsi gündəmə gəlib.
 
Qeyd edək ki, hazırda bundesliqa klubları məşq edirlər.

Karantin rejimi ilə bağlı yeni qərarı aprelin 30-da kansler Angela Merkelin açıqlayacağı gözlənilir. //Qol.az

Vumart və Güvən reklamı Vumart Güvən