UEFA bu qərarı qəbul etməsə... - Niderlanda şok
UEFA Niderlandın "Villem II" klubunu avro kuboklara buraxmaya bilər.
Redaktor.az xəbər verir ki, reqlamentə əsasən, Avropa Liqasının II təsnifat mərhələsində iştirak hüququ ölkə kubokunu qazanan kluba verilir. Ancaq kubokun finalı ləğv edildiyi üçün bu hüquq Niderland Kral Futbol Birliyinin qərarı ilə "Villem II" klubuna verilib.
UEFA isə sözügedən qərarı qəbul etməsə, "Villem II" Avropa Liqasında iştirak edə bilməyəcək. //Axar.az












