"Mançini məni aşağılayırdı" - Luiş Fiqu

 19:15 03.05.2020     686

“İnter”in sabiq futbolçusu Luiş Fiqu komandanın sabiq baş məşqçisi Roberto Mançini ilə aralarında olan soyuq münasibətlər barədə danışıb.

Redaktor.az xəbər verir ki, o, italiyalı mütəxəssis tərəfindən aşağılandığını söyləyib:

“Əvvəlcə hər şey yaxşı idi. Amma zamanla məşqçinin mənə münasibəti dəyişdi. Biz insan kimi bir-birimizi başa düşməməyə başladıq. Mançini karyeramda məni aşağılayan şəxsdir.

“İnter”də oynayanda əzab çəkirdim. Mənim o zaman 20 deyiд, 34-35 yaşım vardı. Olmaması gərəkən vəziyyətlər yaranırdı. 85 dəqiqə hazırlaşıb, sonra 5 dəqiqə meydanda olmaq normal deyildi. İnsanlara hörmətlə yanaşmaq lazımdır”.

Xatırladaq ki, Fiqu 2005-2008-ci illərdə “İnter”də oynayıb. //Qol.az

Vumart və Güvən reklamı Vumart Güvən