Baş məşqçi xəstəxanaya yerləşdirildi - Niderland

 22:45 03.05.2020     845

Futbol üzrə Niderland millisinin baş məşqçisi Ronald Kumanın ürəyində problem aşkarlanıb.

Redaktor.az-ın məlumatına görə, 57 yaşlı mütəxəssis bu səbəbdən təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb.

Bildirilib ki, ona ürək kateterizasiyası edilib. Həkimlərin vaxtında və sürətli müdaxiləsi sayəsində R.Kumanın hazırkı vəziyyətinin sabit olduğu vurğulanıb.

Qeyd edək ki, Ronald Kuman 2018-ci ildən Niderland yığmasına başçılıq edir. //Report.az

Vumart və Güvən reklamı Vumart Güvən