"Barselona"nın futbolçusuna Fransa klubundan TƏKLİF

 00:28 05.05.2020     562

"Barselona"nın müdafiəçisi Samuel Umtiti mövsümün sonunda Fransaya qayıda bilər.

Redaktor.az-ın məlumatına görə, PSJ ulduz futbolçunun transferində israrlıdır.

Mövsümün sonunda kapitanı Tiaqo Silva ilə yollarını ayıracaq Paris təmsilçisi Umtitini ona alternativ qismində görür. 27 yaşlı mərkəz müdafiəçisini Kataloniya klubu da satmağın əleyhinə deyil. Lakin ispanlar bu keçiddən ən azı 50 milyon avroluq gəlir götürmək niyyətindədirlər.

Qeyd edək ki, Samuel Umtiti "Barselona"ya 2016-cı ildə "Lion"dan keçib. //APA

Vumart və Güvən reklamı Vumart Güvən