V İslam Həmrəyliyi Oyunları təxirə salınıb

 10:09 05.05.2020     522

V İslam Həmrəyliyi Oyunları koronavirus pandemiyası ilə əlaqədar təxirə salınıb.

Redaktor.az-ın məlumatına görə, bu barədə İslam Həmrəyliyi İdman Federasiyasının Direktorlar Şurası bildirib.

2021-ci ilin avqust ayında Türkiyənin Konya şəhərində baş tutmalı olan yarış bir il sonraya keçirilib. Qurum beynəlxalq öhdəlikləri nəzərə alaraq bu qərara gəlib. Buna Tokio 2020 Yay Olimpiya Oyunlarının bir il sonraya təxirə salınması da səbəb olub. //APA

Vumart və Güvən reklamı Vumart Güvən