Azərbaycan idmançılarına maddi yardım olunacaq

 16:19 06.05.2020     500

Beynəlxalq Oxatma Federasiyası (World Archery) Beynəlxalq İdmanın İnkişafına Yardım Fondu ilə birlikdə koronavirus pandemiyası dövründə gəlirdən məhrum olan idmançılara maddi dəstək verəcək.

Redaktor.az-ın verdiyi məlumata görə, bunun üçün ümumilikdə 150 000 ABŞ dolları ayrılıb. Hər idmançı 7 500 ABŞ dollarından çox olmayan qrant ala biləcək.

Bildirilib ki, maddi yardım üçün 2019-cu il dünya çempionatında və Dünya Kubokunun son mövsümündə iştirak etmiş 18 yaşdan yuxarı idmançılar və paralimpiyaçılar müraciət edə bilərlər.

Bunun üçün onlar qazanclarının 2020-ci ildə gözlənildiyindən az olduğunu sübut edən zəruri sənədləri, həmçinin əldə etdikləri gəlirləri hansı istiqamətdə xərcləyəcəkləri barədə bildiriş təqdim etməlidirlər.

Qeyd edək ki, bu imkandan DÇ-2019 və Dünya Kubokunun iştirakçısı olan Azərbaycan oxatanları da faydalana biləcəklər. //Report.az

Vumart və Güvən reklamı Vumart Güvən