Almaniya Bundesliqasının bərpasına icazə verilib
Koronavirus pandemiyasına görə mart ayında dayandırılan Almaniya Bundesliqası davam etdiriləcək.
Redaktor.az xəbər verir ki, Almaniya hökuməti çempionat oyunlarının mayın ikinci həftəsindən sonra bərpasına icazə verib. Açıqlamaya görə, bütün oyunlar azarkeşsiz keçiriləcək.












