İspaniyada 5 futbolçuda koronavirus aşkarlanıb
İspaniya La Liqasında və Sequndasında komandaların futbolçuları, məşqçiləri və əməkdaşlarından götürülən koronavirus testlərinin nəticələri açıqlanıb.
Redaktor.az-ın məlumatına görə, analizlərdən sonra ümumilikdə 5 oyunçuda infeksiya aşkarlanıb.
Futbolçuların adları açıqlanmasa da, onların üçünün La Liqa, digər ikisinin isə II liqada çıxış etdikləri bildirilib.
Virusa yoluxan oyunçuların 14 günlük karantinə alındıqları qeyd olunub. //Report.az












