Teymur Rəcəbov Milllətlər kubokunda yenə uduzub

 18:08 08.05.2020     731

FİDE-nin təşkil etdiyi onlayn şahmat üzrə Millətlər kubokunda 4-cü oyun gününə start verilib.

Redaktor.az-ın məlumatına görə, 180 min dollar mükafat fondu olan turnirdə VII turun oyunları keçirilir.

Günün ilk oyunlarında ABŞ – Rusiya, Hindistan – Dünya və Çin – Avropa cütləri üz-üzə gəlir. Azərbaycan millisinin qrossmeysteri Teymur Rəcəbov da turnirdə 7-ci matçına çıxıb.

Dünya yığmasında çıxış edən təmsilçimiz Vişvanatan Anandla görüşüb. Qara fiqurlarla oynayan Teymur bu dəfə də məğlubiyyətə üzülüb. 

Qeyd edək ki, Rəcəbov əvvəlki 6 turda  4-ü heç-heçəyə nail olub və 2 dəfə uduzub. Onun komandasının hesabında hələlik 2 xalı var. //APA

Vumart və Güvən reklamı Vumart Güvən