İtaliya futbolunun taleyi gələn həftə bilinəcək

 12:59 09.05.2020     577

İtaliya A Seriyasının rəhbərliyi gələn həftə təcili iclas keçirəcək.

Redaktor.az-ın məlumatına görə, mayın 13-də təşkil olunacaq toplantıya klubların nümayəndələri də qatılacaq.

İclasda koronavirus pandemiyasına görə dayandırılan 2019/2020 mövsümünün bərpası, həmçinin televiziya hüquqlarının yayımçılara verilməsinin nüansları müzakirə olunacaq.

Sonuncu toplantıda mövsümün sonadək keçirilməsi və klubların mayın 18-dən məşqlərə başlaması qərara alınıb.

Qeyd edək ki, A Seriyasının oyunları martın 11-də qeyri-müəyyən müddətək təxirə salınıb. //Report.az

Vumart və Güvən reklamı Vumart Güvən