Afrikalı hücumçu "Qəbələ"yə qayıdır
Hazırda icarə əsasında İsrailin "Hapoel" (Kiryat-Şmona) klubunda çıxış edən futbolçu Ceyms Adeniyi cari mövsümün sonunda, müqavilə üzrə məxsus olduğu "Qəbələ"yə qayıdacaq.
Bu barədə Redaktor.az-a nigeriyalı hücumçunu özü məlumat verib.
28 yaşlı hücumçu bildirib ki, "qırmızı qaralar"la müqaviləsi var və hələ də bu komandanın oyunçusudur. O, artıq İsraildə klubların məşqləri bərpa etdiklərini və mayın 30-da liqaların qaldığı yerdən davam etdiriləcəyini də diqqətə çatdırıb.
Qeyd edək ki, 2018-ci ilin yayında "Qəbələ" ilə 3 illik müqavilə imzalamış Ceyms Adeniyi ötən mövsüm 31 oyuna 12 qol vurub. //Report.az












