"Yuventus" - "Lion" oyununun vaxtı müəyyənləşdi
UEFA Çempionlar Liqasında İtaliya "Yuventus"u ilə Fransa "Lion"u arasında keçiriləcək 1/8 final mərhələsinin cavab görüşünün vaxtı müəyyənləşib.
Redaktor.az-ın məlumatına görə, "şirlər"in prezidenti Jan-Mişel Olas oyunun avqustun 7-də Turində təşkil olunacağını açıqlayıb. Matça azarkeş buraxılmayacaq.
Olas Fransa Liqa 1-in ləğvi ilə bağlı Peşəkar Futbol Liqasına apellyasiya verdiklərini də xatırladıb. Onun sözlərinə görə, şikayət nəticə verməsə, "Lion" və PSJ Çempionlar Liqasındakı rəqibləri tərəfindən məhv ediləcək.












