“Artıq Messi - Ronaldo dövrü başa çatır” - Venger

 11:34 10.05.2020     639

“Arsenal”ın baş məşqçisi Arsen Venger hesab edir ki, futbolda Lionel Messi – Kriştiano Ronaldo dövrü başa çatır.

Redaktor.az xəbər verir ki, fransalı mütəxəssis deyib: “Biz Messi və Ronaldo kimi hər vəziyyətdən kreativcəsinə çıxan bilən futbolçular görməmişik. Artıq onların dövrü artıq başa çatır. İndi biz yeni nəsil barədə danışmalıyıq. Bu zaman ön mövqeyə fransalıların çıxması realdır. Belə vəziyyətdə Mbappe lider ola bilər bilər. Əlbəttə, biz Neymarı da unutmamalıyıq”.

Xatırladaq ki, son 12 ildə Messi 6, Ronaldo isə 5 dəfə “Qızıl top”un qalibi olub. Bu illər ərzində yalnız Luka Modriç bir dəfə dünyanın ən yaxşı futbolçusu adını qazanıb. //Qol.az

Vumart və Güvən reklamı Vumart Güvən