Pandemiya dövrünün ilk çempionu onlar oldu
Bu gün Nikaraqua çempionatına mövsümə yekun vurulub.
Redaktor.az xəbər verir ki, koronavirus pandemiyası dövründə dayandırılmayan azsaylı çempionatlardan olan klausuranın qalibi "Real Esteli" olub. Finalda "Manaqua"nı (1:1, 3:1) üstələyən komanda tarixində 15-ci dəfə qızıl medallara sahib olub.
"Real Esteli" pandemiya dövründə idman prinsipləri əsasında müəyyənləşən ilk çempion olub. //Qol.az












