Məşhur futbolçu ana oldu

 22:56 10.05.2020     627

"Orlando Payret" və ABŞ-ın qadınlar millisinin hücumçusu Aleks Morqanın övladı dünyaya gəlib.

Redaktor.az xəbər verir ki, 30 yaşlı futbolçu bu barədə "İnstaqram" hesabında məlumat verib. Xanım futbolçu qız övladına Çarli Elena adının verildiyini bildirib.

Qeyd edək ki, Morqan "Lion"la Çempionlar Liqasının qalibi olub. O, ABŞ millisində 2 dəfə dünya çempionluğu yaşayıb.

Vumart və Güvən reklamı Vumart Güvən