Formula 1 mövsümü 5 iyulda Avstriyada start götürəcək

 00:24 11.05.2020     650

Beynəlxalq Avtomobil Federasiyası (FİA) "Formula 1" avtomobillər sinfində dünya çempionatının yarış mövsümünün iyulun 5-də başlaması variantını qəbul edib.

Redaktor.az-ın məlumatına görə, bu barədə "The Judge 13" portalı bildirib.

Mənbə bildirir ki, Formula 1 rəhbərliyi mayın 8-də FİA-dan müvafiq bildiriş alıb. Avstriyada ardıcıl olaraq iki mərhələ keçiriləcəyi güman edilir: birinci yarış 5 iyulda, ikincisi 8 və ya 9 iyulda. Bundan sonra Böyük Britaniyada iki mərhələ (19 və 23 iyul yarışları) başa tutacaq.

Yarışlar tamaşaçısız keçiriləcək, avtodroma yalnız yayımı təmin edən televiziya qrupları buraxılacaq.

Vumart və Güvən reklamı Vumart Güvən