Dünya çempionatının dəqiq vaxtı açıqlanıb

 16:16 11.05.2020     768

2023-cü ildə keçiriləcək kişilər arasında basketbol üzrə dünya çempionatının dəqiq tarixi açıqlanıb. 

Redaktor.az xəbər verir ki, mundial avqustun 25-dən sentyabrın 10-dək keçiriləcək. 

FIBA ev sahibi ölkələrlə məsləhətləşəndən sonra turnirin vaxtı ilə bağlı qərar verib. 

Qeyd edək ki, dünya çempionatında qrup mərhələsinin oyunları İndoneziya, Yaponiya və Filippində, final mərhələsi ilə Fillipinin paytaxtı Manilada baş tutacaq. 2019-cu ildə Çində keçirilən yarışın finalında İspaniya Argentinanı məğlub edərək (95:75) qalib olub. 

Vumart və Güvən reklamı Vumart Güvən