Hasan Şaş "Qalatasaray"dan ayrılıb

 18:17 11.05.2020     668

“Qalatasaray”ın məşqçisi Hasan Şaş istefa verib. 

Redaktor.az-ın məlumatına görə, bunu Fatih Terimin 44 yaşlı köməkçisi özü açıqlayıb. 

O instaqram hesabında yazdığı statusunda bildirib ki, vəzifəsindən öz istəyi ilə ayrılıb. Şaş bu günə qədər ona çətin günlərində dəstək olan azarkeşlərinə də təşəkkür edib. 

Qeyd edək ki, 1998-2009-cu illərdə “Qalatasaray”da oynamış Şaş 2018-ci ildən əsas komandada məşqçi işləyirdi. O, 2011-13-cü illərdə də İstanbul klubunun çalışdırıcısı olub. //APA

Vumart və Güvən reklamı Vumart Güvən