Azərbaycan millisi 2 gündən bir oyun keçirə bilər

 18:49 11.05.2020     581

UEFA Millətlər Liqasının təqvimində dəyişiklik edə bilər.

Redaktor.az-ın məlumatına görə, qitə futbol qurumu beynəlxalq pəncərədə milli komandaların oyun sayını artırmağı düşünür.

UEFA təqvimdəki sıxlığı nəzərə alaraq 6 gün ərzində 2 deyil, 3 oyun keçirilməsini planlaşdırır. Qurum Millətlər Liqasında cari mövsümü itirməmək üçün bu variantda əl atmaq niyyətindədir.

Amma yeni ideyanın gerçəkləşib-gerçəkləməyəcəyi sual altındadır. Çünki futbolçuların milli forma ilə 2 gündən bir oyun keçirmək istəyib-istəməyəcəkləri hələ bilinmir.

Qeyd edək ki, bu mövsüm Millətlər Liqasının C liqasında mübarizə aparmalı olan Azərbaycan yığması Lüksemburq, Kipr və Monteneqro ilə birlikdə I qrupda yer alıb. //Report.az

Vumart və Güvən reklamı Vumart Güvən