FIFA dünya çempionatını təxirə salıb

 15:32 12.05.2020     763

Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FIFA) 2020-ci ildə keçirilməsi nəzərdə tutulan futzal üzrə dünya çempionatını koronavirus pandemiyası səbəbi ilə təxirə salıb.

Redaktor.az xəbər verir ki, bu yarış 2021-ci ildə keçiriləcək.

Turnir 2021-ci il 12 sentyabr - 3 oktyabr aralığında Litvada baş tutacaq.

Hələlik meydan sahibi Litvadan başqa, dünya çempionatında iştirak edəcək komandaların adları müəyyənləşməyib.

Qeyd edək ki, əvvəl yarışın bu il 12 sentyabr - 4 oktyabr tarixlərində keçirilməsi nəzərdə tutulmuşdu. /Oxu.az

Vumart və Güvən reklamı Vumart Güvən