İtaliya A Seriyasının bərpa tarixi açıqlandı
İtaliya A Seriyasının bərpa tarixi məlum olub.
Redaktor.az-ın məlumatına görə, bu barədə çempionatın rəsmi saytı xəbər yayıb.
Bildirilib ki, liqa iyunun 13-də qaldığı yerdən davam edəcək.
Qeyd edək ki, İtaliya A Seriyası martın 11-də koronavirus pandemiyası səbəbindən dayandırılıb.












