"Qarabağ" o qapıçı ilə maraqlanıb? - AÇIQLAMA

 11:54 14.05.2020     611

"Qarabağ"ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov klubun "Menemenspor"un qapıçısı Gentian Selmani ilə bağlı maraqlandığı xəbərlərə münasibət bildirib.

Redaktor.az xəbər verir ki, o, bu iddialarə təkzib edib. Klub rəsmisi albaniyalı qolkiperlə maraqlanmadıqlarını, bu kimi xəbərlərin agentlər arasında spekulativ hərəkət ola biləcəyini vurğulayıb.

Qeyd edək ki, Türkiyə birinci liqa təmsilçisinin baş məşqçisi Cenk Laleci "Radyospor"a açıqlamasında "Qarabağ"ın 21 yaşlı qapıçı üçün təklif göndərdiyini və klublar arasında danışıqlar davam etdiyini söyləmişdi. //Qol.az

Vumart və Güvən reklamı Vumart Güvən