“Beşiktaş”da 8 nəfərdə koronavirus aşkarlanıb

 14:32 14.05.2020     623

Türkiyənin “Beşiktaş” klubunda 8 nəfər koronavirus infeksiyasına yoluxub.

Redaktor.az-ın məlumatına görə, bu barədə İstanbul təmsilçisi rəsmi saytı vasitəsilə açıqlama yayıb.

Bildirilib ki, dünən “Nevzat Dəmir” bazasında bütün futbolçular, məşqçi heyəti və işçilər ikinci dəfə testdən keçiriliblər. 8 nəfərin testi müsbət nəticə verdiyindən, onlar karantinə alınıblar və həkim nəzarətindədirlər.

Qeyd edək ki, bir gün öncə Türkiyənin digər klubu “Ərzurumspor”da 11 nəfərin koronavirusa yoluxduğu açıqlanıb. //APA

Vumart və Güvən reklamı Vumart Güvən