Azərbaycanlı futbolçu Türkiyə klubuna keçə bilər

"Səbail"in üzvü Fəhmin Muradbəyli karyerasını Türkiyədə davam etdirə bilər.
Redaktor.az-ın məlumatına görə, yarımmüdafiəçi ilə 3 klub yaxından maraqlanır.
24 yaşlı futbolçunu Super Liqa təmsilçiləri - "Ankaragücü", "Çaykur Rizəspor" və aşağı liqada çıxış edən "Ərzurumspor" heyətinə qatmaq niyyətindədir.
Qeyd edək ki, Fəhmin Muradbəyli müqavilə ilə "Neftçi"yə məxsusdur.