"Qalatasaray"ın prezidenti yenidən əməliyyat olunub

 17:03 18.05.2020     680

“Qalatasaray”ın prezidenti Mustafa Cengizin əməliyyatı başa çatıb.

Redaktor.az xəbər verir ki, bu barədə klub rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bildirilir ki, həkim Dursun Buğra tərəfindən baş tutan əməliyyat uğurlu keçib. Cengizin hazırda səhhətinin normal olduğu vurğulanıb.Qeyd edək ki, Mustafa Cengiz mədəsində qanaxma baş verdiyi üçün bu gün səhər əməliyyata götürülüb.