Premyer Liqada məşqlər başlayır

 23:37 18.05.2020     670

İngiltərə Premyer Liqasının klublarına sabahdan məşq etməyə icazə verilib.

Redaktor.az Premyer Liqanın saytına istinadən xəbər verir ki, çempionatın səhmdarları klubların sabahdan kiçik qruplar şəklində məşqə başlamasına yekdilliklə səs veriblər.

Bu isə Premyer Liqasını bərpası üçün ilk addımdır.

Məşq zamanı sosial məsafə qaydalarına riayət olunacaq və təmasa icazə verilməyəcək. / Qol.az