İtaliya A Seriyası yenə təxirə salınır - RƏSMİ

 08:30 19.05.2020     579

İtaliyanın baş naziri Cüzeppe Konte kütləvi idman tədbirləri ilə bağlı yeni qərar imzalayıb.

Redaktor.az xəbər verir ki, qərara əsasən, ölkədə yarışların keçirilməsinə qoyulan qadağanın müddəti iyunun 14-dək uzadılıb.

Bu daha əvvəl iyunun 13-də bərpa olunacağı gözlənilən A Seriyasının yenidən təxirə salınacağı deməkdir. 

Qeyd edək ki, İtaliyada yerli liqalar martın 11-də koronavirus pandemiyası səbəbindən dayandırılıb.

Vumart və Güvən reklamı Vumart Güvən