İspaniya klubu əməkdaşlarını kütləvi şəkildə işdən çıxardı

 18:49 19.05.2020     383

İspaniyanın "Malaqa" komandası koronavirus pandemiyası səbəbindən maliyyə böhranı ilə üzləşib.

Redaktor.az-ın məlumatına görə, bu səbəbdən Sequnda təmsilçisi işçilərini kütləvi şəkildə ixtisar edib.

Bildirilib ki, klub işə qəbul haqqında qanuna uyğun olaraq işçilərin əmək müqavilələrini ləğv etmək və dayandırmaq qərarına gəlib: "Son bir neçə ay ərzində düşdüyümüz çətin iqtisadi vəziyyəti yüngülləşdirmək üçün müxtəlif tədbirlər görülür. İşçi heyətinin yenidən qurulması "Malaqa" futbol klubunu qorumaq üçün atılmış addımdır". 

Qeyd edək ki, İspaniyada yerli liqalar martın 12-də dayandırılıb. "Malaqa" 31 turdan sonra 38 xalla 15-ci pillədə qərarlaşıb. //Report.az