Futbol üzrə İtaliya çempionatı sentyabrın 1-də başlayacaq

 06:20 21.05.2020     346

İtaliyanın futbol federasiyası (FİGC) ölkə çempionatının 2020/21 mövsümünün sentyabrın 1-də başlanması barədə qərar qəbul edib.

Redaktor.az-ın məlumatına görə, bu barədə federasiyanın mətbuat xidməti xəbər yayıb.

Bildirilir ki, qərar bu gün federasiyanın iclasında qəbul edilib. Daha əvvəl "FİGC" milli çempionatın üç əsas divizionunun oyunlarını və İtaliya kubokunu avqustun 20-dək tamamlamağa qərar verib.

Hazırda çempionatın lideri 26 oyundan sonra 63 xal toplayan Turinin "Yuventus" klubudur, ikinci yerdə Romanın "Latsio" (26 oyundan sonra 62 xal), uçüncü yerdə isə Milanın "İnter" (25 oyundan sonra 54 xal) klubları qərarlaşıblar.