Pyaniç "Barselona" ilə razılığa gəldi

 21:48 21.05.2020     685

"Yuventus"un futbolçusu Miralem Pyaniç "Barselona"ya keçməyə yaxındır.

Redaktor.az xəbər verir ki, bosniyalı yarımmüdafiəçi Kataloniya klubu ilə müqavilənin şərtlərində razılığa gəlib. Bildirilib ki, 30 yaşlı futbolçu Lionel Messinin yanında oynamaq və yeni klubu ilə uğur qazanmaq istəyir. Pyaniçin "Barselona"nın oyun üslubunun ona yaxın olduğunu hesab etdiyi vurğulanıb.

Bildirilib ki, PSJ-nin idman direktoru Leonardo futbolçunu Fransa klubuna gətirməyə çalışıb. Ancaq o, yüksək məbləğə baxmayaraq,  göndərilən digər təkliflərin hamısını rədd edib. / Qol.az

Vumart və Güvən reklamı Vumart Güvən