Şəhriyar Məmmədyarov nüfuzlu turnirdə iştirak edəcək

 02:25 22.05.2020     385

Azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov onlayn turnirə dəvət alıb.

Redaktor.az-ın Beynəlxalq Şahmat Federasiyasının (FIDE) rəsmi saytına istinadən məlumatına görə, 35 yaşlı qrossmeyster Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) "Sharjah Chess" klubunun təşkil edəcəyi beynəlxalq çempionatda qüvvəsini sınayacaq.

Məmmədyarovla yanaşı, turnirdə Rüstəm Qasımcanov (Özbəkistan), Pentala Xarikrişna (Hindistan), Ceffri Syun (ABŞ), Bassem Amin (Misir) və Saleh Salem (BƏƏ) də iştirak edəcəklər.

Mükafat fondu 10 000 ABŞ dolları olan turnir 12-13 iyunda keçiriləcək. Ən güclü şahmat turnirlərindən hesab olunan yarış 2 dövrədən ibarət olacaq.