Tarixi stadionun sökülməsinə icazə verildi

 02:14 23.05.2020     633

İtaliya Mədəniyyət Nazirliyi "İnter" və "Milan" klublarının ev oyunlarını keçirdiyi "San Siro" stadionunun sökülməsinə icazə verib.

Redaktor.az-ın məlumatına görə, 80 min azarkeş tutumuna malik arenanın mədəni irs statusu daşımadığı məlum olub.

Klubların yeni stadionu San-Siro rayonunda inşa olunacaq.

Qeyd edək ki, "San-Siro" stadionu 1926-cı ildə açılıb. 1979-cu ildə arenanın adı dəyişdirilərək hər iki komandanın formasını geyinmiş futbolçunun şərəfinə "Cuzeppe Meatsa" olub. Mərhum hücumçu 1934 və 1938-ci il dünya çempionatlarında İtaliya yığmasının heyətində qızıl medal qazanıb. O, 1940 - 1942-ci illərdə "Milan"da, 1946 - 1947-ci illərdə "İnter"də forma geyinib.

Vumart və Güvən reklamı Vumart Güvən