"Barselona" və Messi zəng edəndə "yox" demək çətindir"

 23:42 23.05.2020     679

"Yuventus"un futbolçusu Qonzalo İquain "İnter"in hücumçusu Lautaro Martinesin "Barselona"ya mümkün transferini şərh edib.

Redaktor.az xəbər verir ki, argentinalı oyunçu bu transfer gerçəkləşəcəyi təqdirdə, təəccüblənməyəcəyini deyib:  "Heç bir ziddiyyət yaratmaq istəmirəm. Amma "Barselona" və Messi zəng edəndə "yox" demək çətindir. Hazırda onun yerinə olmaq istəməzdim".

Qeyd edək ki, Martinesin Kataloniya klubuna keçməyə razılıq verdiyi iddia olunur.

Vumart və Güvən reklamı Vumart Güvən