Baş nazir La Liqanın başlayacağı tarixi açıqladı

 04:22 24.05.2020     291

İspaniyanın baş naziri Pedro Sançes La Liqanın başlayacağı tarixi açıqlayıb.  

Redaktor.az xəbər verir ki, o, çempionatın iyunun 8-də bərpa oluna biləcəyini bildirib. 

Qeyd edək ki, La Liqada turnir cədvəlinə 58 xalla "Barselona" başçılıq edir, ikinci sıradakı "Real Madrid"in 56 xalı var. Çempionat martın 12-də koronavirus pandemiyasına görə dayandırılıb.