Gürcüstanın ən məşhur idmançılarından biri saxlanıldı - FOTO

 05:25 25.05.2020     536

Gürcüstanın ən məşhur idmançılarından biri olan Nikoloz Basilaşvili saxlanılıb.

Redaktor.az xəbər verir ki, tanınmış tennisçi keçmiş həyat yoldaşına qarşı fiziki güc tətbiq etməkdə ittiham olunur.

N.Basilaşvili mayın 22-də saxlanılıb.

Yayılan məlumatlara əsasən, N.Basilaşvili və atası mayın 21-də tennisçinin keçmiş həyat yoldaşına zor tətbiq ediblər. İdmançının azyaşlı uşağı hadisənin şahidi olub.

Müstəntiq onun həbs olunmasını tələb edib.

Hazırda Tbilisi Şəhər Məhkəməsində tennisçi ilə bağlı işə baxılır. 

//Oxu.az

Vumart və Güvən reklamı Vumart Güvən