Premyer Liqada daha iki futbolçu virusa yoluxdu
İngiltərə Premyer Liqa klublarında daha iki futbolçu koronavirusa yoluxub.
Redaktor.az xəbər verir ki, oyunçuların adları açıqlanmayıb. Onların müxtəlif komandalarda çıxış etdikləri bildirilib.
İngiltərə Premyer Liqasının klubları COVID-19 yoxlamalarının nəticələrini dünən axşam alıb. Oyunçulardan analizlər mayın 19-u, 21-i və 22-də məşq bazalarında götürülüb.
Qeyd edək ki, daha əvvəl Premyer Liqa klublarının 6 futbolçusunun virusa yoluxduğu açıqlanmışdı. //Qol.az












