Koronavirusa yoluxan "Spartak"ın prezidenti sağalıb
Bir müddət öncə koronavirusa yoluxduğu üçün xəstəxanaya yerləşdirilmiş Rusiyanın "Spartak" klubunun sahibi Leonid Fedun evə buraxılıb.
Redaktor.az-ın məlumatına görə, bu barədə Moskva təmsilçisinin prezidenti "Sport-Express"ə bildirib.
Klub prezidenti müalicəsini evdə davam etdirəcək.
Qeyd edək ki, Leonid Fedunda virusun simptomları mayın 7-də aşkarlanıb. //Report.az












