İngiltərə millisinin futbolçusu koronavirusa yoluxub

 09:47 26.05.2020     673

İngiltərənin "Bornmut" klubunun futbolçusu Aaron Remsdeyl koronavirusa yoluxub.

Redaktor.az-ın məlumatına görə, bu barədə 22 yaşlı qapıçı "The Sun" nəşrinə açıqlamasında deyib.

İngiltərəli qolkiper bildirib ki, onda infeksiya təkrar testdən sonra aşkarlanıb. U-21 millisinin üzvü virusa supermarketdə yoluxduğunu ehtimal edir:

"Bu, mənim üçün şok oldu. Heç kimlə ünsiyyətdə olmamışam, amma yoluxmuşam. Xəstəliyin heç bir simptomları yoxdur. Bu isə o deməkdir ki, sağlam insan belə, daşıyıcı ola bilər. Olduqca qorxulu və narahatedici məqamdır".

Qeyd edək ki, İngiltərə Premyer Liqasının oyunları martda pandemiya səbəbindən dayandırılıb. Mövsümün iyunda azarkeşsiz bərpa olunacağı gözlənilir. //Report.az

Vumart və Güvən reklamı Vumart Güvən