İtaliya "A seriya"sı bərpa tarixini təsdiqləyib

 10:22 27.05.2020     530

İtaliya "A seriya"sı koronavirus pandemiyası üzündən dayanan 2019/20 mövsümü ilə bağlı bəyanat yayıb.

Redaktor.az-ın məlumatına görə, qurum mövsümün bərpası planını təsdiqləyib.

Liqanın Şurası mayın 13-də qəbul olunan qərarları qüvvədə saxlayıb. Bu isə o deməkdir ki, "A seriyası"nın iyunun 13-də başlaması qrafiki dəyişməz qalıb.

Həmçinin, Şura "A seriyası" və İtaliya kubokunun bütün matçlarının keçirilməsi variantlarını da müzakirə edib. Variantlarla bağlı yekun qərar mayın 28-də idman nazirinin də qatılacağı görüşdə veriləcək. //APA

Vumart və Güvən reklamı Vumart Güvən