Mourinyo məşqə velosipedlə getdi

 19:29 27.05.2020     592

"Tottenhem"in baş məşqçisi Joze Mourinyo koronavirusla əlaqədar tətbiq edilmiş məhdudiyyətlər şəraitində məşq prosesinin çətinliklərindən danışıb.

Redaktor.az xəbər verir ki, "Sky Sports"a danışan mütəxəssis bununla bağlı deyib: "Vaxt var idi, səhər saat 9:00-dan 17:00-dək məşq edirdik.  Futbolçulara  fərdi məşqlərə icazə verildiyi üçün bir neçə fərqli müddət ayırmaq lazım olur. Kimisi saat 10:00-da, kimiləri isə 11:00, 12:00, 13:00, 14:00, 15:00, 16:00, 17:00-da. Açığı, məşqçi heyəti hansısa anda çox yorğun idilər".

57 yaşlı çalışdırıcı məşqə velosipedlə getdiyini də söyləyib: "Siz mənim velosipedlə məşqə getdiyim anın fotosunu görmüsünüz. Meydan uzaq məsafədədir və velosipedsiz bütün məşqləri izləyə bilməzdim". //Qol.az

Vumart və Güvən reklamı Vumart Güvən