Koronavirus testinin nəticələri açıqlandı - İngiltərə Premyer Liqası
İngiltərə Premyer Liqasında klubların futbolçularının və işçilərinin koronavirus testinin nəticəsi açıqlanıb.
Redaktor.az xəbər verir ki, 1008 nəfərin keçdiyi koronavirus testinin 4-ü müsbət çıxıb. Həmin şəxslərin 3 klubdan olduğu vurğulanıb. Onların 7 gün müddətində karantində olacağı bildirilib.
Koronavirus aşkarlanan şəxslərin adları və klubları haqda məlumat verilməyib.
Qeyd edək ki, bundan əvvəlki testdə 8 nəfərdə koronavirus aşkarlanmışdı. //Qol.az












