Türkiyə Superliqası ilə bağlı rəsmi qərar

 20:19 28.05.2020     589

Bu gün Türkiyə Futbol Federasiyasının (TFF) İdarə Heyətinin iclası olub.

Redaktor.az xəbər verir ki, iclasda Superliqanın taleyi ilə bağlı son qərar verib.

Mövsümn daha öncə açıqlandığı kimi, iyunun 12-də bərpa olunacağı bildirilib. Oyunların təqviminin gün ərzində açıqlanacağı qeyd olunub.
Kubokun yarımfinalının cavab oyunlarının tarixi isə açıqlanıb. İyunun 16-da “Fənərbaxça” – “Trabzonspor”, iyunun 18-də isə “Alanyaspor” – “Antalyaspor” matçı keçiriləcək.

Qeyd edək ki, Türkiyə Superliqası mart ayında - 27-ci turda koronavirus pandemiyasına görə dayandırılıb. / Qol.az

Vumart və Güvən reklamı Vumart Güvən