A Seriyasının bərpa tarixi dəyişdirildi

 03:28 29.05.2020     516

Koronavirus pandemiyasına görə dayandırılan İtaliya A seriyasının bərpası ilə bağlı qərar yenidən dəyişdirilib.

Redaktor.az xəbər verir ki, bu barədə ölkənin idman naziri Vinçentso Spadafora açıqlama verib. O, yarışın əvvəlcədən açıqlandığı kimi, iyunun 13-də yox, 20-dən davam etdiriləcəyini deyib. Nazir tam təhlükəsizliyin təmin edilməsi üçün belə qərar verdiklərini bildirib. 

Qeyd edək ki, buna qədər İtaliya çempionatının iyunun 13-də bərpa olunması planlaşdırılırdı.

Vumart və Güvən reklamı Vumart Güvən