"Union" Polteri komandadan kənarlaşdırır

 08:59 29.05.2020     487

Almaniyanın "Union" futbol klubu pandemiya zamanında maaşların azaldılmasına razı olmayan hücumçu Sebastyan Polteri klubdan kənarlaşdırmağı qərara alıb.

Redaktor.az-ın məlumatına görə, 29 yaşlı S.Polter rəhbərliyin maaşları azaltmaq qərarını dəstəkləməyən yeganə futbolçu olub. Oyunçunun müqaviləsi yayda başa çatsada ona razılaşma müddətinə qədər komandanın məşqlərində iştirak etməsinə icazə verilib.

S.Polter 2017-ci ildən "Union" klubunda oynayır. Komanda ilə 104 oyun keçirib və 46 qol vurub. İdmançı bundan əvvəl Almaniyanın "Volfsburq", "Mains", "Nürnberq" və ingilis "KPR" klubları üçün də çıxış edib. //Trend.az

Vumart və Güvən reklamı Vumart Güvən