PSJ-nin qapıçısı qəzaya düşüb

 11:17 29.05.2020     510

Fransanın PSJ klubunun futbolçusu Marçin Bulka qəzaya düşüb.

Redaktor.az-ın məlumatına görə, polşalı qapıçı idarə etdiyi “Lamborghini” ilə yol-nəqliyyat hadisəsinin iştirakçısı olub.

O, avtomobili Polşanın Vişoqrud şəhəri yaxınlığındakı vurub. Nəqliyyat vasitəsi ciddi əzilsə də, 20 yaşlı qolkiper xəsarət almayıb.

Qeyd edək ki, Bulka PSJ-yə ötən yay keçib. 2 illik müqaviləyə malik polşalı cəmi 1 matçda şans qazanıb.

Vumart və Güvən reklamı Vumart Güvən