Premyer Liqa nə vaxt bərpa olunur? - AFFA iclas çağırdı
Xəbər verdiyimiz kimi, mayın 31-dən Azərbaycanda açıq havada keçirilən idman yarışlarına icazə verilib. Bəs, Premyer Liqada mövsümün bərpası nə vaxta planlaşdırılır?
Peşəkar Futbol Liqasından Redaktor.az-a bildirib ki, bununla bağlı məsələ yaxın günlərdə müzakirə ediləcək.
AFFA rəhbərliyi, PFL və klubların iştirakı ilə yaxın günlərdə videokonfrans keçiriləcək. Həmin iclasda çempionatın bərpa tarixi ilə bağlı qərar veriləcək.
Xatırladaq ki, koronavirus pandemiyasına görə mart ayından Azərbaycanda futbol yarışları dayandırılıb.












